Yardımlıda polis maşını uçuruma yuvarlandı

Yardımlıda polis maşını uçuruma yuvarlandı

Ötən gün axşam saat 11 radələrində Yardımlı rayonunun Osnağaran kəndinin ərazisində baş verən yol-nəqliyyat qəzası nəticəsində polis zabiti həlak olub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Yardımlı rayon polis şöbəsinin 31 yaşlı cinayət-axtarış müvəkkli, baş leytenant Şahin Nəsirovun idarə etdiyi 10 AP 928 dövlət nömrə nişanlı "Chevrolet Niva” markalı xidməti avtomaşın sulu qarla örtülmüş yolda qəfildən dərin uçuruma yuvarlanıb.

Şahin Nəsirov qəza nəticəsində aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla balı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az