Yarım milyon dollarlıq dələduzluqla bağlı bankdan AÇIQLAMA

Yarım milyon dollarlıq dələduzluqla bağlı bankdan AÇIQLAMA
"Bank of Baku"nun əməkdaşı tərəfindən mənimsənilmiş 425 min dollar artıq qaytarılıb.

Miq.az bildirir ki, bunu Trend-ə bankın İdarə Heyətinin sədri vəzifələrini icra edən Eldar Həmidov deyib.
Onun sözlərinə görə, hazırda narahatlıq üçün heç bir səbəb yoxdur: "Bu, uğursuz oğurluq cəhdi idi, amma bu əməlin qarşısı operativ şəkildə alınıb. Bütün pullar qaytarılıb".
Qeyd edək ki, "Bank of Baku"nun adı açıqlanmayan əməkdaşı 425 min dolları mənimsəyərək ölkədən çıxmağa çalışıb. Onun bu cəhdinin qarşısı alınıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az