Yasamal Məhkəməsində görünməmiş hadisələr

Yasamal Məhkəməsində görünməmiş hadisələr

Bu gün “Vətəninfo.az”-ın redaksiyasına Bakı şəhər Murtuz Muxtarov 145 ünvanında yaşayan binalardan birini sakinləri adından Rəşad Xamıyev müracət etdi. R.Xamıyev bildirdib ki, onlar artıq bir müddətdir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin ədalətsiz mövqeyinin qurbanıdırlar. ”Qoloveşkina Anna Sergeyevna Yasamal Rayon məhkəməsinə saxta iddia ilə müraciət edərək artıq bir ildir ki, bizim mülkiyyətçi kimi konstitusion hüquqlarımızı pozur. Əslində heç bir hüquqverici sənədi olmayan bu qadının əsassız ərizəsi və vəsatətləri əsasında bir ildir ki, bizim mülkiyyətimizə həbs qoyulmuş və bunun nəticəsində mülkiyyət hüququ ilə bizə məxsus olan əmlaklarımız üzərində sərəncam verə bilmirik. Bu bir il ərzində Yasamal Rayon məhkəməsinin Hakimi Abbas Rzayev bizim bir dənə də olsun ərizəmizi, vəsatətlərimizi, etirazlarımızı qəbul etmir. Faktiki olaraq bu hakim həmin qadına vəkillik etməklə məşğuldur. Bizim heç bir vəsatətimizi təmin etməyən hakim öz təşəbbüsü ilə həmin qadına sübutlar toplamaqla məşğuldur. Həmin qadın keçmiş yanacaq komitəsinin sədri Rizvan Vahabovun qaynanasıdır. Həmin Rizvan Vahabovla hakim həmyerli olduğundan faktiki olaraq hakim işi birtərəfli araşdırır”-deyən şikayətçi əlavə etdi ki, bütün bunlara bəlkə də dözmək olardı! Amma Hakimin 09.04.2012-ci il tarixində keçirilən məhkəmə iclası olmasaydı.

“Həmin məhkəmə iclasında hakim faktiki olaraq, bütün hüquq normalarını aşkar və kobud surətdə pozaraq, hakim etikasına heç cür sığışmayan bir hərəkət etdi. Təsəvvür edin, bir il ərzində işi mahiyyəti üzrə araşdırmayan, tərəfləri dindirməyən, bir il ərzində yalnız qarşı tərəfə saxta dolayısı sübutlar toplamaqla məşğul olan hakim birdən-birə işin yekunlaşdığını elan edir! Hakim bununla çəkişmə prinsipini pozaraq bizim məhkəmədə özünü müdafiə hüququmuzu kobud surətdə pozdu. Nə bizi, nə də bizim vəkillərimizi dinləmədi. Biz hakimin bu qərəzli hərəkətinə etiraz olaraq məhkəmə zalını tərk etdik. Bunu görən hakim işi 16.04.2012–ci il tarixinə təxirə saldı. Bütün bunlar onu göstərir ki, hakim bizə qarşı qərəzli mövqe tutur. Belə olmasaydı, Abbas Rzayev Mülki Prosessual qanunvericiliyə uyğun olaraq işdə olan sübutları araşdırardı. Bu isə ona sərf etmir, çünki qarşı tərəfin məhkəməyə təqdim etdiyi kserosurətin qarşısında bizim mülkiyyət hüququmuzu təsdiq edən reyesterdən çıxarışlar dururdu. Bu isə o deməkdir ki, hakim həmin əsassız iddianı rədd etməlidir”. Şikayətçinin sözlərinə görə,həmçinin cavabdeh kimi iddia ərizəsinə etirazlar bildirməklə, həmin iddianın tam əsassız və saxta olduğu üzə çıxacaqdı. Bu isə nə hakimə, nə də onun həmyerlisi və qohumu Rizvan Vahabova sərf etmir.

 “Biz sizdən məhkəmənin işinə müdaxilə etməklə bizim xeyrimizə qətnamə qəbul edilməsini xahiş etmirik. Biz sizdən qanunla bizə verilən hüquqların bərpa edilməsinə köməklik etməyinizi xahiş edirik. Biz məhkəmədə sözümüzü demək istəyirik, sənədlərimizin araşdırılmasını hakimdən tələb edirik. Biz özümüzü müdafiə etmək istəyirik. Biz hakimdən buna imkan verilməsini istəyirik. Olsun, hakim bizim əleyhimizə qətnamə qəbul etsin, amma bizi dinləsin, qanuni sənədlərimizə baxsın, məhkəmə sistemində analoqu olmayan qanun pozuntusuna yol verməsin!”-deyə əlavə etdi. Maraqlıdır ki, adı qeyd olunan hakimin dövlətin rəsmi orqanlarının verdiyi rəsmi sənədləri deyil, hansısa üzü cıxarılan və kökü olmayan bir kağız parçasına inanması nə dərəcədə doğrudu, bunu adı hallanan hakimin o ali kürsüdə oturmasında cavabdeh şəxslər yalnız bilər. 

Mövzunu diqqətdə saxlayaraq, qarşıdakı günlərdə mövzu ilə əlaqədar olaraq oxucularımız məlumatlandıracaqlar.

İnformasiya şöbəsi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az