Yaxın 3 gündə hava rütubətli olacaq

Yaxın 3 gündə hava rütubətli olacaq
Meteohəssas insanlarda narahatlıq yaranacaq

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə  21-23°, gündüz  32-34° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  762  mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət  gecə 75-80 %, gündüz  45-50 % olacaq. 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit  hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə  19-24°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az