Yazarlarla oxucuların görüşü keçirildi
Yanvar ayının 25-də Qubadlı rayonunun Xıdırlı kənd orta məktəbində uşaq yazıçısı Amin Sükut, şair Elvin Paşa və "Parlaq İmzalar" nəşriyyatının redaktoru Toğrul Musayevlə görüş keçirildi.
Görüşdə əsasən Amin Sükutun "Tulfinlər" və Elmir Hüseyinoğlunun "Sevannaya qayıdış" əsərləri müzakirə olundu.
Uşaq yazarları ilə oxucuların görüşməsi barədə hazırlanmış lahiyənin rəhbəri oxuculardan məktəbli Ömər Allahverdiyev çıxış edərək tədbiri açıq elan etdi. Hər iki kitabı oxuduğunu və onlar haqqında fikirlərini bölüşdü.
Sonra çıxış üçün söz məktəbin direktoru Savalan İmanova verildi. O da öz növbəsində müəlliflərə və uşaqlara təşəkkür etdi, ədəbiyyatın insan həyatında rolundan danışdı.
Daha sonra tədbir müəlliflə uşaqların müzakirələri əsasında davam etdi. Tuflinləri oxuyan uşaqlar müəllifə suallar ünvanladı və suallar ətrafında maraqlı söhbət alındı. Tədbirin gedişatında Savalan müəllim tədbirin daha maraqlı olması üçün şair Elvin Paşadan öz şeirini səsləndirməsi ilə xahiş etdi.
Sonda bütün uşaqlara "Parlaq İmzalar" nəşriyyatında çap olunan uşaq ədəbiyyatına aid kitablar hədiyyə olundu və xatirə şəkilləri çəkildi.
Miq.Az