Yeddi ölkədən Türkiyə qadağası: Şərtlər dəyişdi

Yeddi ölkədən Türkiyə qadağası: Şərtlər dəyişdi

Omikron ştammı ilə əlaqədar yenilənən ölkələrə giriş qaydalarına əsasən, türkiyəli sərnişinlərin İspaniya, Hollandiya və İsveçrə də daxil olmaqla 7 Avropa ölkəsinə qəbul edilməyəcəyi açıqlanıb.

Miq.Az xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsi (SHGM) COVID-19 tədbirləri çərçivəsində ölkəyə giriş cədvəlini yeniləyib.

Yenilənmə çərçivəsində bir çox ölkələrə, xüsusən də Avropa ölkələrinə giriş şərtləri dəyişdirilib.

Omikron variantına görə verilən qərara uyğun olaraq Hollandiya, Xorvatiya, İspaniya, İslandiya, İsveçrə, İtaliya və Lüksemburqa türk sərnişinlərin qəbul edilməyəcəyi açıqlanıb.

Bu arada İsveçə səyahət etmək istəyən sərnişinlər peyvənd kartı təqdim etdikdə ölkəyə daxil ola biləcəklər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az