Yeni Britaniya kralı Quranı öyrənir və hicab qadağasına qarşıdır...

Yeni Britaniya kralı Quranı öyrənir və hicab qadağasına qarşıdır...

III Kral (Çarlz Filip Artur Corc) Böyük Britaniyanın yeni kralıdır. O, taxt-tacın varisi kimi Böyük Britaniyanın müsəlman ölkələri, xüsusilə də ərəb monarxiyaları ilə əlaqələrinə böyük önəm verərək İslam mədəniyyətinə və Şərq ölkələrinə loyal münasibəti ilə məşhurlaşıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda xarici İslam saytları məlumat yayıb.
 
Robert Cobson "Çarlz yetmiş yaşında: düşüncələr, ümidlər və xəyallar” kitabında diqqəti yeni monarxın Yaxın Şərqin Qərblə münasibətləri haqqında nə düşündüyünə yönəldir. Müəllif əsas tezislər arasında bunları sadalayır: şahzadə İraqdakı müharibəyə qarşıdır, Avropa ölkələrində burka və niqab qadağaları ilə razılaşmır, nazirlərə Yaxın Şərqə silah tədarükünə daha etiraz etmədiyini bəyan edir. Quranı öyrənir və region liderlərinə ərəb dilində məktublar yazıb imzalayır.
 
Müəllif yazır ki, Çarlz "Fars körfəzinin ərəb liderləri ilə şəxsi münasibətindəndən ümumi mənafe üçün istifadə etmək niyyətindədir”. 
 
Sentyabrın 8-də Britaniyanı 1952-ci ildən idarə edən kraliça II Yelizaveta vəfat edib. Anasının ölümündən sonra Britaniya kralı Çarlz özünə "Karlz III" taxt-tac adını götürüb...
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az