Yeni internet portal yarandı

Yeni internet portal yarandı

Azərbaycan elektron KİV-ləri sırasına biri də qatıldı

Artıq bu gündən etibarən Azərbaycanda yeni xəbər portalı –xezerinfo.com fəaliyyətə başladı. Portalın yaranma səbəbi haqqında "Vətəninfo.az"a məlumat verən saytın baş direktoru Rövşən Ziya bildirdi ki, ölkədə çoxlu sayda xəbər portalının olmasına baxmayaraq, onların az bir qismi əsl mətbuat orqanı kimi fəaliyyət göstərir: “Ümumiyyətlə, Azərbaycanda obyektiv jurnalistika ilə məşğul olmaq o qədər çətinləşib ki, bir çox portallar üzərlərinə düşən vəzifəni olduğu kimi yerinə yetirmək istəmirlər. Biz isə sübut edəcəyik ki, problemlərə baxmayaraq, biz bu işin öhdəsindən gələcəyik və bu işdə iddiamız böyükdür”.

Onu sözlərinə görə, ölkə elektron mətbuatı arasında bir boşluq əmələ gəlib: “Bu da ondan ibarətdir ki, əsl media fəaliyyəti ilə məşğul olan, obyektiv xəbərçilik və informator rolunda çıxış edən mətbuat orqanları çox azdır, hətta deyərdim ki, yox dərəcəsindədir. Biz də uzun zamandır ki, bu məsələ üzərində düşünür və bu boşluğu doldurmağın yollarını axtarırdıq. Sonda belə qərara gəldik ki, bu saytı yaradaq və əsl infarmator rolunu öz üzərimizə götürək və xalqa, cəmiyyətə əsl xəbər portalının necə olduğunu sübut edək. Allahın yardımı ilə biz bu işin öhdəsindən gələcəyik”.

Baş direktor onu da qeyd etdi ki, saytla bağlı yeni və tam fərqli layihələr hazırlayırlar və yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az