Yerevanda yanacaqdoldurma stansiyasında maşın partladı

Yerevanda yanacaqdoldurma stansiyasında maşın partladı
Yerevan şəhəri ətrafında yerləşən qazdoldurma stansiyasında partlayış baş verib, bir nəfər xəsarət alıb.

"Report” xəbər verir ki, hadisə Yerevanın Davtaşen məhəlləsində qeydə alınıb.

Məntəqədə dayanan marşrut "Qazel"in qaz balonu partlayıb.

Bu ərəfədə jurnalist Qaqik Şamşan hadisə yerindən xəbər verib ki, nəticədə daha iki maşına ziyan dəyib. Jurnalist öz saytında yazıb ki, stansiyanın xəsarət almış əməkdaşı xəstəxanaya yerləşdirilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az