"Yerli bazarda saxta məhsullar var"

"Azərsun Holdinq" ixracatla bağlı dövlətin dəstəyini daim hiss edib".

Miq.az  APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı "Azərsun Holdinq" MMC-nin baş icraçı direktoru Savaş Uzan bildirib.

"Rəqabət hər yerdə var, amma biz hər yerdə və hər zaman sağlam rəqabət axtarırıq. Yerli bazarda saxta məhsullarla rastlaşırıq. Çox istərdim ki, bütün şirkətlər təmiz rəqabət aparsınlar və Azərbaycanı böyütsünlər. Yerli istehsalat böyüməlidir. Azərbaycanın qida təhlükəsizliyi təmin olunmalıdır. Bir daha üzümü bütün şirkətlərə tutaraq təmiz rəqabət aparmağa dəvət edirəm", -  S.Uzan bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az