Yevlaxda şok olay: Narkoman polislərə hücum çəkdi
Yevlax rayonunda narkotik istifadəçisi polisə hücum edib.
Miq.Az-ın əldə etdiyi məlumata görə, Yevlax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Məmmədov Elşən Rəhman oğlu saxlanılıb.
O, saxlanılan zaman polis əməkdaşlarına kəsici alətlə hücum çəkib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham verilib.
İstintaq gedir.
Miq.Az