Öyle bir ağlasam...

Öyle bir ağlasam...
"Əgər dənizin sahilə atdığı suriyalı uşağın cansız bədəninin qandonduran fotosu Avropanın qaçqınlara qarşı mövqeyini dəyişdirməyəcəksə, nə dəyişdirəcək?"


Vətəninfo.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu sözləri "İndependent” qəzeti ötən gün 6 nəfərin həyatını itirdiyi hadisədə ölümü ilə dünyaya səs salan Aylan üçün deyib. 3 yaşlı Aylan ailəsi ilə birlikdə Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən də yunan adalarına qaçmaq istəyən zaman rezin botları batıb və körpə qardaşı ilə birlikdə həyatını itirib. Körpənin cansız bədəni sahildə tapıldıqdan bir müddət sonra özündən bir yaş böyük qardaşının da eyni xəbəri ürəkləri yandırdı. İki qardaşın xoşbəxt günlərdə çəkdirdiyi iddia olunan fotolar sosial mediada tez bir zamanda yayılıb. Dünyaca məşhur fotoqrafların paylaşdığı bu fotolardakı körpələrin xoşbəxt simaları və sonrakı faciəvi ölümləri dünyanı kədərə boğub.

Qeyd edək ki, Bodrumdan Kosa gedən 6 nəfərin olduğu rezin botun batması nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər boğularaq ölüb. 


Öyle bir ağlasam,

öyle bir ağlasam ki çocuklar

size hiç gözyaşı kalmasa

öyle bir aç kalsam,

öyle bir aç kalsam ki çocuklar

size hiç açlık kalmasa

öyle bir ölsem,

öyle bir ölsem ki çocuklar

size hiç ölüm kalmasa”

Əziz Nesin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az