Yol polisi rəisləri işdən çıxarıldı

Yol polisi rəisləri işdən çıxarıldı
Bu günlərdə bir neçə rayonun yol polisi rəisi işdən çıxarılıb. 

Məlumata görə, Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Misir Quliyev vəzifədən azad edilib. Bundan başqa azvision.az Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Dadaş İbrahimovun da vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilməsi barədə xəbər yayıb.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb. /Lent.az/ 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az