Yol polisindən anormal qərar

Yol polisindən anormal qərar

Miq.az Milli.Az-a istinadən xəbər verir ki, Novruz bayramı tədbirlərinin keçirilməsi ilə əlaqədar Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Lakin paytaxtda yol polisi tərəfindən əvvəlcədən hərəkətin məhdudlaşdırılacağı elan edilməmiş yollar və ərazilərdə də nəqliyyatın hərəkətiməhdudlaşdırılıb.

Məsələn, yol polisi Mehdi Hüseyn küçəsi,Parlament prospekti,Badamdar şossesinin Ələsgər Ələkbər küçəsi ilə kəsişməsindənN.Nərimanov heykəlinə doğruvə bitişik digər küçələrdə də nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıraraq sürücülərə istiqaməti dəyişməli olduqlarını bildirir.

Qeyd edək ki, yol polisi əvvəlcədən elan etmişdi ki, bayram şənliklərinin keçirildiyi istiqamətlər üzrə hərəkət edən əhali, avtomobil sahibləri və sürücülər, bayram tədbirləri çərçivəsində keçirilən şənliklərə, konsert proqramlarına və atəşfəşanlığa qatılmaq istəyənlər və ya adıçəkilən istiqamətlər üzrə hərəkət edənlər şəxsi avtomobillərlə yox, ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük verməlidirlər. Lakin məsələ bundadır ki, qeyd edilən istiqamətlərdə heç ictimai nəqliyyatın da hərəkətinə icazə verilməyib. Ona görə də bayram şənlikləri bir yana qalsın, işinin-gücünün dalınca gedən insanlar avtomobil və avtobuslardan düşərək məcburən uzun məsafələri piyada qət etməli olublar. Məsələn, insanlar Parlament prospekti ilə Badambar şossesinin kəsişməsində Respublika İncəsənət Gimnaziyasının qarşısından (keçmiş M.Əzizbəyov heykəlinin yanı) metronun "İçərişəhər" stansiyası istiqamətində piyada getməli olublar.
Nəzərə almaq lazımdır ki, bunu yalnız sağlamlığı nisbətən imkan verənlər ediblər. Digərləri isə peşman olub narazı şəkildə geri qayıtmalı olublar...

 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az