Yol polisindən bayram - Xəbərdarlığı

Yol polisindən bayram - Xəbərdarlığı
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan-qeydiyyat və texniki baxış şöbələri bayram günlərin adi iş rejimində çalışacaq.
Miq.az xəbər verir ki, bu barədə APA-ya BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
O qeyd edib ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən, Novruz bayramında qeyri-iş günü olmasına baxmayaraq, martın 19-dan 28-dək BDYPİ-nin imtahan-qeydiyyat və texniki baxış şöbələri də adi iş rejimində fəaliyyətini davam etdirəcək. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az