Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Vətəninfo.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 11-də Ələt-Astara magistralının 206-cı kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Ələt istiqamətində hərəkət edən Sabirabad rayon sakini, 58 yaşlı Qulamhüseyn Nuriyevin idarə etdiyi “Hova” markalı, 90 JV 103 dövlət nömrə nişanlı içi dolu yük maşını yaranmış nasazlıq səbəbindən idarəetməni itirərək yolun soluna çıxıb və kənarda dayanmış “Mercedes” markalı, 15 BN 949 dövlət nömrə nişanlı minik avtomobilinin üstünə aşıb. Hadisə vaxtı “Mercedes”in sürücüsü, Cəlilabad rayon sakini, 36 yaşlı Niyaməddin Əliyev maşında olsa da, xoşbəxtlikdən xəsarət almayıb.
Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib, “Mercedes” isə yarasız vəziyyətə düşüb. Həmçinin yolun kənarındakı elektrik dirəyi aşıb və naqilləri qırılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür