Azəri Türk Qadınları İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı yazıçı publisist Yunus Oğuzun “Nadir Şah” əsərinin tamaşaya qoyulmasını sevindirici hadisə adlandırıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “OLAYLAR”a açıqlama verən Tənzilə xanım müəllifi təbrik edib: “Bu yeni deyil. Yunus Oğuz əvvəllər də tarixi şəxsiyyətlər haqqında kitablara imza atıb. O, türk milli məfkurəsini yaşadan və ona xidmət edən Azərbaycan Türk aydınlarından biridir. Mən onun “Attila” romanın da təqdimatında iştirak etmişdim. Y.Oğuzun “Nadir Şah” əsərinin səhnələşdiriləcəyini eşidəndə təəccüblənmədin. Y.Oğuzdan da elə bu gözlənilirdi. Bu əsərin səhnələşdirilməsini, Azərbaycan teatrına, mədəniyyətinə qazandırılmasını alqışlayıram. Çox önəmli məsələdir. Tarix sadəcə deməklə olmur. Tarixə xidmət etmək, araşdırmaq lazımdır. Millətin tarixini yaşatmaq, gələcək nəsillərə ötürmək lazımdır ki, bu da ancaq tarixi əsərlərlə mümkün olur. Bu münasibətlə Yunus Oğuzu, türk milli məfkurəsinin inkişafında az da olsa xidməti olan kim varsa, hamısını təbrik edirəm”.
Qeyd edək ki, yazıçı Y.Oğuzun “Nadir Şah” əsəri tamaşa hazırlanır. Tamaşanın premyerası dekabrın sonlarında baş tutacaq.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib