Vətəninfo.az xəbər verir ki, bu gün Milli Məclisin keçirilən plenar iclasında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Müzakirələr zamanı millət əvkili Zahid Oruc “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində baş verən qeyriqanuni ixtisarlar haqqında danışıb. Millət vəkili bildirib ki,Azərbaycanın bəzi yataqlarının hazırlanmasında iştirak edən "Rusneft" şirkətinin aktivlərini alaraq 85 faziz paya sahibi "Global Investment Energy"in tərkibindəki «Qarasu» Əməliyyat Şirkəti ilə bağlı mətbuatda təkzibolumaz faktı yayımlanıb. Bu məlumatlarda işçilərin qeyri-qanuni işdən çıxarılmasından tutmuş, şikət daxildə baş verən digər məslələr qeyd edilməkdədir. " Hörmətli Rövnəq müəllimdə burda olduğundan hesab edirəm ki. işdən çıxaılan işçilərin hansı səbəbdən çıxarıldığı öyrənilməlidir. Niyə bu adamlar məzuniyyətə göndərilir və məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılırlar. Bu şirkətlərə həmkarlar ittifaqlarının yaradılması vacibdir və bu həmkarlar ittifaqları yerli işçilərin hüquqlarının qorunması istiqamətində mühüm işləri həyata keçirə bilər". Zahid Orucun çıxışından sonra, Milli Məclisin sədir müavini Valeh Ələsgərov çıxış etdi və bildirdi ki, xarici neft şirkətlərinin üzərinə böyük öhdəliklər qoyulub: "Vallah, əlacları olsaydı Rövnəq müəllimin əlindən qaçardılar, şalvarlarını da burada qoyub gedərdilər. Çünki onların boynuna elə öhdəliklər qoymuşuq ki, o yan-bu yan edə bilməzlər. Yalan deyirəmsə, Rövnəq müəllim özü də buradadır, desin ki, Valeh müəllim düz demir.... "
Vətəninfo.az