Zakaryan: "Ermənistan indi YALVARAN TƏRƏFDİR..."

Zakaryan:

"Bu gün Ermənistan bütün beynəlxalq təşkilatlara yalvarır, kömək istəyir. Bizdən əvvəl Azərbaycan 28 il beynəlxalq təşkilatların qapısını döydü ki, Ermənistan öz qoşunlarını Qarabağ və ətraf bölgədən çıxarsın. Amma indi onların vəziyyətinə özümüz düşmüşük".

Publika.az xəbər verir ki, bunu erməni siyasətçi Artak Zakaryan deyib.

Artak Zakaryan bildirib ki, baş verən son hadisələrin əsas səbəbkarı Ermənistanın hazırkı hakimiyyətidir:

"Ermənistanı bu duruma mövcud hakimiyyət sürükləyib. Konkret olaraq Ermənistan yalvaran tərəfə çevrilib. Bir zaman gələcək ki, Nikol Paşinyana və onun komandasına səs verənlər utanacaqlar. Onlar Ermənistan tarixinin ən satqın, ən şərəfsiz və ən cahil hakimiyyətinin rəhbərləri, idarəediciləri kimi tarixdə qalacaqlar".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az