Zakir Həsənov Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb
Martın 28-də Ankarada Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar arasında görüş keçirilib.
Miq.Az-ın məlumatına görə, görüş barədə Azərbaycan Müdafiə Nazirliyinin saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Miq.Az