Zakir Qaralov iki rayona yeni prokuror təyin etdi

Zakir Qaralov iki rayona yeni prokuror təyin etdi

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

Vətəninfo.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Lənkəran rayon prokuroru Natiq Abdullayev tutduğu vəzifədən azad edilərək Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş prokurorun digər əmri ilə Tovuz rayon prokuroru vəzifəsini icra edən Fəxrəddin Məmmədov Bərdə rayon prokuroru vəzifəsinə təyinat alıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az