Zaur Mirzəyevin intim videolarını bu şəxs yayırmış

Zaur Mirzəyevin intim videolarını bu şəxs yayırmış

Hazırda həbsdə olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin sabiq köməkçisi Zaur Mirzəyevin nazirlikdəki iş otağında intim münasibətdə olduğunu əks etdirən videoların yayılmasının səbəbləri üzə çıxıb.

Miq.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu, Zaur Mirzəyevin həbsindən sonra aparılan araşdırmada üzə çıxıb. Belə ki, Zaur Mirzəyev bir neçə ay əvvəl iş otağındakı komupteri paytaxtdakı təmir məntəqələrindən birinə verib. Komputeri yenidən proqramlaşdıran usta orada həmin görüntülərlə rastlaşıb. Zaur Mirzəyevin intim videolarını köçürən komputer ustası sonradan onu şantaj edib.

Məlumata görə, bu videoların gələcəkdə yayılmaması üçün Zaur Mirzeyevdən 100 min manat tələb olunub. O, bu vəsaiti vermədikdən sonra həmin görüntülər yayılmağa başlayıb. Məlumatda həmin şəxsin də həbs edildiyi deyilir.

Zaur Mirzəyevin özü və vəkili ona qarşı Cinayət Məcəlləsinin 242 -ci maddəsi ilə (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) irəli sürülən ittihamı qəbul etməyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az