Çanaqqala savaşı türkün varlığını sübut etməsi baxımından böyük önəm daşıyırdı. Bu savaş türkün Vətənində onu yox etmək istəyənlərə qarşı hünəri və ləyaqəti dirənişi idi. Yalnız 1915-1916-cı illərdə Çanaqqala uğrunda savaşlar zamanı türkün düşmənlərinin istəyi çökməkdə olan Osmanlı imperiyasınının örnəyində türklük duyğusunu silmək, türkləri bütünlüklə dövlətsizləşdirmək idi.
Bir xalqın özünü ən
qorxulu, ölümcül məqamda belə, ayaqda saxlaması, ümidsizləşməməsi,
təhlükəyə qarşı durmaq gücü, yenilməzliyi onun qeyri-adiliyindən soraq
verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan üstün olan,
yenilməyi ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb və
çox hallarda buna nail olub.
Türkün böyüklüyünü, xarakterini,
bəşəri siqlətini, insansevərliyini çağdaş dünya gözəl tanıyır, bilir.
Tanıdığı, bildiyi dərəcədə də görmək, etiraf etmək istəmir. Dünyada
türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir çağda Atatürkü hər
an yaşatmaq gərəkliyi yaranır.
Atatürk az qala yox yerdən
Türkiyəni yaratdı, onu var elədi. Atatürk sözün böyük mənasında
sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu
ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın birliyi idi. O zaman
Atatürk daha çox Qərbə meyilləndi. Baxmayaraq ki, Türkiyə yırtıcı
Qərbin caynağından qurtulmuşdu, bir yandan da SSRİ ilə münasibətlərdə
son dərəcə ehtiyatlı olmalı idi.
Atatürk siyasi gedişlərdən çox üstün idi. Atatürk Türk xalqının xoşbəxtliyi üçün ömrünü fəda etdi.
Zəfər Bayramın mübarək Türkiyə!
Modern.az