Zəfər paradından nəzərdən qaçırdığımız KADRLAR – Ramiz Mehdiyev...

Zəfər paradından nəzərdən qaçırdığımız KADRLAR – Ramiz Mehdiyev...

Dekabrın 10-da keçirilən Zəfər paradı hər bir azərbaycanlının qürur hissi ilə izlədiyi təntənəli, illərdir arzulanan möhtəşəm tədbir kimi tarixə düşdü.

Amma tədbirdə KONKRET.az-ın əməkdaşının gözündən yayınmayan anlar da olub. Həmin anlar kameraların yaddaşına çevrilib və zaman gəldikcə bu ibrətamiz fotolar bir çox nəşrlərin manşetləri bəzəyəcək.

Həmin fotolardan biri rusiyapərəst, adı ciddi siyasi qalmaqallarda hallanan Ramiz Mehdiyevə aiddir. O Ramiz Mehdiyevə ki, vaxtilə qılıncının dalı da kəsirdi, qabağı da.
 

İkinci kadrda isə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov görünür. Fotodan belə aydın olur ki, o, arxasını Ramiz Mehdiyevə çevirməklə öz mövqeyini ortaya qoyur, akademikin mövcud "nüfuzunun” ölçüsünü nümayiş etdirir.
 

Hər iki halda cənab Mehdiyev şad-xürrəm görünmür. Cəmiyyətdə Rusiya sülhməramlılarına yaranan etimadsızlıq fonunda 5-ci kolona ikrah hissi getdikcə artır. Fotonun qəhrəmanı da bunu bilməmiş deyil. Ona görə də əyləşdiyi yerdə təkləndiyi görünüşü simvolik xarakter də daşıyır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az