Zelenskidən 9 May XƏBƏRDARLIĞI: “Rusiya müharibə elan edə bilər”

Zelenskidən 9 May XƏBƏRDARLIĞI: “Rusiya müharibə elan edə bilər”

Mayın əvvəlində Ukrayna kəşfiyyatı xəbər vermişdi ki, son üç ayda canlı qüvvə itkisinə görə Rusiya Ukraynaya müharibə elan etməyə hazırlaşır. İlkin olaraq Putin bunu 9 May Qələbə Günü edə bilər.
 
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xarici mətbuata müsahibəsində bildirib.
 
"Müharibənin açıq şəkildə elan edilməsi ümumi səfərbərlik deməkdir. Bu bizim üçün heç nəyi dəyişməyəcək. Söhbət müharibə elan edilməsindən gedir. Biz 8 il 70 gündən artıqdır ki, tammiqyaslı müharibə içərisindəyik. Rusların axtardığı qələbə sivil dünyanın məğlubiyyəti olacaq. 9 May dünyanın yaddaşında faciə, qanlı gün və unudulmaması lazım olan bir gün kimi qala bilər",- deyə Zelenski vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az