“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır - RƏSMİ

“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır - RƏSMİ

"Hazırda, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən "Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır”.

Miq.Az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində  yerinə yetirilmiş işlər barədə hesabat konfransında  Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib. 

O bildirib ki, "Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin uzunluğu 123.8 kilometrdir:

"Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az