Zəngəzurla bağlı müzakirədə mühüm detal - İLK DƏFƏ
Ermənistanda bir nömrəli mövzu sərhəddə baş verənlərdir və proseslərin inkişafı bu "xəmirin hələ çox su aparacağı”nı göstərir. Diqqətçəkən və bəlkə də bütün prosesdə açar olan iki məqam var:
1. Qarabağ məsələsi, Xankəndidəki ermənilər arxa plana keçib;
2. Azərbaycan sərhədləri daxilindəki gərginlik Ermənistanla sərhədə, İrəvana görə isə "Ermənistan daxilinə” köçürülüb;
Əliyevin "Zəngəzura qayıdacağıq” açıqlamasından sonra Paşinyan bölgəyə gələndə və sərhəd istiqamətində təxribat törədiləndə "Zəngəzurun bölgədə yeni gərginlik ocağı olacağı” haqda yazmışdıq.
İndi sərhəddə baş verənlərin mənfi və riskli tərəfləri var, amma Qarabağdakı gərginliyin Zəngəzura – "Ermənistanın daxilinə” ilk dəfədir köçürüldüyü də həqiqətdir.(axar.az)
Miq.Az