“Zeytun budağı”nın 13-cü günü: 811 terrorçu öldürülüb

“Zeytun budağı”nın 13-cü günü: 811 terrorçu öldürülüb

Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində fevralın 1-də PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 14 obyekt dağıdılıb, 21 terrorçu məhv edilib.

Bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 811 terrorçu məhv edilib.

Məlumatda həmçinin bildirilir ki, əməliyyata cəlb edilən təyyarələrin hamısı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək  təhkim olunduqları aviabazalara qayıdıb.

Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az