Ziya Məmmədovun adamı saxlanılıb

Ziya Məmmədovun adamı saxlanılıb

Rauf Həbibov barəsində iki maddə ilə cinayət işi qaldırılıb

Bu ilin 1 mart olayları zamanı vəzifəsindən azad edilən Qubanın sabiq icra başçısı Rauf Həbibovla bağlı bu vaxta qədər müxtəlif məlumatlar yaılsa da, onun hansısa yeni görəvə gətirələcəyi iddia olunsa da, bunların heç biri baş vermədi. Bu gün isə onun özünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılıb.

Bu barədə  “Vətəninfo.az”-ın “DİA.AZ”-a istinadən veriyi məlumata görə, Rauf Həbibov dünən axşam saatlarında polis tərəfindən saxlanılıb və yalnız bu gün günorta saatlarında sərbəst buraxılıb. Mənbə iddia edib ki, gecədən səhərə qədər keçmiş icra başçısı istintaqçılar tərəfindən dindirilib və ifadəsi alınıb.

Xatırladaq ki, buna qədər də Rauf Həbibovun istintaq tərəfindən dindirildiyi söylənilirdi. Amma bu dəfə keçmiş icra başçısına cinayət məcəlləsinin iki maddəsi ilə ittiham da səslənib. Mənbəmizin sözlərinə görə, sabiq icra başçısına qarşı CM-nin 309.1 (vəzifə səlahiyyətlirin aşma) və 72-ci maddələri ilə cinayət işi açılıb.

Məlumatı verən qaynağın iddialarına görə, başçının sərbəst buraxılmasına, barəsində dərhal həbs qərarının verilməməsinə səbəb kimi, onun yuxarıdakı himayədarlarının baş verənlərə müdaxilə etməsi nədən olub.

Onu da xatırladaq ki, bu vaxta qədər sözügedən cinayət işi ilə əlaqədar 40-a yaxın Quba rayon sakini həbs edilib və onların əksəriyyəti Qubadakı regional «Xəyal» telekanalının əməkdaşlarıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az