Ziya Məmmədovun avtomobilləri də əlindən çıxdı

Ziya Məmmədovun avtomobilləri də əlindən çıxdı

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsus 6 ədəd bahalı avtomobil onun əlindən alınıb. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Fuad Hüseynov məlumat yayıb. O, qeyd edib ki, maşınlar 2 gün öncə müsadirə edilib. Belə ki, avtomobillər eks-nazirin Ucarın Qazqumlaq kəndində yerləşən villasının həyətindən Bakı şəhərinə aparılıb. Müsadirə evakuatorlarla, məhkəmə icraçıları tərəfindən həyata keçirilib.

Qeyd edilir ki, həmin avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulubmuş.

Xatırladaq ki, bir neçə gün öncə Z.Məmmədovun təyyarəsinin də ondan alındığı haqda məlumat yayılmışdı, qardaşı Elton Məmmədov isə informasiyanı təkzib etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az