Zülfüqarlı qardaşları prezidentdən cavab gözləyirlər
Zülfüqarlı qardaşları 1750 nəfəri işlə təmin etmək üçün prezidentdən cavab gözləyirlər.
Prezident İlham Əliyevin son müşavirədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacib olmasını söyləməsi, ölkədə sahibkarlığın inkişafına şərait yaradılması haqda çıxışları bir çox sahibkarları hərəkətə keçirdi.
Zavodları əllərindən alınmış, 1750 işçisi işsiz qalmış Zülfüqarlı qardaşları prezidentin çağırışlarına dərhal reaksiya verdilər. Rövşən Zülfüqarlı prezidentin çıxışını dinlədiklərini və əllərindən alınan zavodları özlərinə qaytarılacağı təqdirdə xeyli vətəndaşa iş, əmək haqqı verməyə də hazır olduqlarını açıqladı. Bildirdi ki, "Bakı Elektroştamp”, "Bakıpoladtökmə” və "Xəzər boru” zavodları əllərindən alınıb və bu gün həmin zavodlar fəaliyyətsizdir: "Zavodların işini iflic edib 1750 nəfəri işsiz qoydular. Rasim Məmmədovun qoçu dəstəsi 1750 Azərbaycan vətəndaşını işsiz qoydu. Əgər bizim haqqımız bərpa olunsa, əlbəttə ki, iş yerlərini yenidən yaradarıq və üstəlik, artırarıq da. Biz ölkə rəhbərinə, cənab prezidentə inanırıq. Ümid edirik ki, əlimizdən alınan zavodlar özümüzə qaytarılacaq”.
Miq.az