102-ci bazanın bölmələri Zəngəzura atılır - KİV

102-ci bazanın bölmələri Zəngəzura atılır - KİV

Gümrüdəki 102-ci bazanın qüvvələri Zəngəzur (Sünik və Geqarkunik) mahalına atılır.

Miq.Az xəbər verir ki, bu məlumatı "Verelq” saytı öz mənbələrinə istinadən yayıb.

"Çoxları mayın 14-də Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikovun Ermənistana gəldiyini gözdən qaçırdı. O, artıq müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla görüş keçirib. 102-ci baza Dvornikova tabedir. O, bu bazanın fəaliyyətini koordinasiya edir”.

Qeyd edək ki, 102-ci bazanın Zəngəzurda dayaq məntəqəsinin yaradılması qərarının qəbul edildiyini Nikol Paşinyan bir müddət öncə bəyan etmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az