Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı

Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı

Erməni sosial şəbəkələrində və mediasında Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə qarşı aşağılayıcı tonda kampaniya başlayıb.

Axar.az xəbər verir ki, buna səbəb Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin edilməsidir.

Erməni ekspertlər xüsusilə dini liderin belə bir qərarının müsəlman ölkələri arasında dəstəklənməsindən ciddi narahatlıq keçirirlər.

İranşünas, Azərbaycana qarşı nifrəti ilə seçilən Vardan Voskanyan buna qarşı təbliğatında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin "İran və ya İraqın nüfuzlu ayətullahları ilə qətiyyən müqayisə olunmadığını” iddia edib.

QMİ-ni "Stalinin yaratdığı antişiə struktur” adlandıran Voskanyan Allahşükür Paşazadənin İrəvana qazı təyin etməsini "qeyri-qanuni” sayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az