Vətəninfo.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya dərəcə sertifikatı verib. ANS PRESS-in məlumatına görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır. Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" kriteriyalarına uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.
Nazirlik “JW Marriott Absheron Baku”, “Kempinski Hotel Badamdar Baku”, “Caspian Sea Resort” mehmanxanalarına 5 ulduz, “Şah", “Alp İnn”, “Emerald”, “Viləş Palace”, mehmanxanalarına və “Meşəbəyi” istirahət mərkəzinə 4 ulduz, “Austin Butik”, “Arena” mehmanxanalarına 3 ulduz, “Rigs” mehmanxanasına isə 2 ulduz dərəcə sertifikatı verib.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib