Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkəti "Platts Global Energy Awards" müsabiqəsinin finalçısı olub.
Vətəninfo.az "Report"-a istinadən xəbər verir ki, "SOCAR Trading"in verdiyi məlumata görə, o, sənaye sahəsində nümunəvi idarəçiliyin həyata keçirilməsi və innovasiya nailiyyətlərini qeyd edən illik proqram - Platts Global Energy Awards müsabiqəsinin finalçısı olub.
2015-ci ildə finalçılar 4 qitənin 30 ölkəsini təmsil edən 200-ə yaxın namizəd arasından seçilib.
Şirkətdən bildirilib ki, "SOCAR Trading" bu il "İlin strateji razılaşması" nominasiyasında mükafat uğrunda mübarizə aparır.
Platts Global Energy Awards 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. O, dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətini əhatə edir.
"Dünyanın enerji sənayesinin yüzlərlə nümayəndəsi, o cümlədən "SOCAR" şirkətinin nümayəndələri də Platts Global Energy Awards 2015-də iştirak etmək üçün dekabrın 9-da Nyu-Yorkda toplaşacaqlar", - məlumatda deyilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL