13 yaşlı Cəmil özünü öldürüb, yoxsa öldürülüb?

13 yaşlı Cəmil özünü öldürüb, yoxsa öldürülüb?

Ötən il yanvarın 4-də Lerikin Züviç kəndinin 13 yaşlı sakini Cəmilin əli-qolu bağlı vəziyyətdə ölüsü tapılmış, kənd də bir-birinə qarışmışdı. Örüşə qoyun-quzu otarmağa gedən Cəmilin az sonra ölüm xəbəri gəlmişdi.

Üzgün baba -Xudaqulu Əliyev azyaşlı nəvəsinin ölüm gününü yada salır: "Məktəbdən qış tətilinə buraxılmışdı. Təsərrüfatımızda olan qoyunları Cəmilə tapşırdıq ki, aparıb örüşə buraxsın, sürüyə göz olsun. Mən də o biri nəvəmlə odun gətirmək üçün meşəyə yollandım.

Günorta saat 1 olardı, evə nahara gəldik. Cəmil də evdə idi, yemək yeyirdi. Dedim, qayıt sürünün yanına, birazdan Fərhad gəlib səni əvəz edər. Cəmil getdi. Təxminən 1 saatdan sonra qardaşı Fərhadı göndərdim ki, sürüyə baxsın, Cəmilsə evə qayıdıb dincəlsin”.

Baba deyir, nə olubsa, elə o radələrdə olub: "Saat 4 olardı, yaxınqohumum Əliməmmədlə həyətimizdə çay içirdik. Əliməmmədin mobil telefonuna zəng gəldi. Baxdımki, oğlanın halı dəyişdi, rəngi ağardı. Durub bayıra qaçdı. Qalxıb arxasınca getdim. Gördümki, kənd sakinləri bizim evə tərəf gəlir. Dedilərki, nəvəni əli-qolu bağlı, ölmüş vəziyyətdə tapıblar”.

Babanın sözlərinə görə, Cəmili örüşdə əlləri bağlı, ölü vəziyyətdə görüb: "İdman papağı, gödəkcənin yağışlığıda başında qalmışdı. Boynuna ip bağlanmışdı, böyrü üstə uzadılmışdı. Birdən boynundakı ipin kəsildiyini görüb soruşdumki, bu ipi kim kəsdi.Dedilər, hadisə yerinə ilk yetişən kənd sakinləri. Prokurorluq, polis işçiləridə gəldi. Meyiti əvvəl həyətə gətirdik. Hiss etdik ki, uşağın boynunu sındırıblar. Elə oradaca söz buraxıldıki, uşaq özünü asıb”.

Baba əzablı səslə və sanki özünü məcbur edərək sözünə davam edir: "Lerik Rayon Prokurorluğunun işçiləri bizi uşağın meyitinin yarılmasında iştirak etməyə qoymadılar. Buda şübhələrimizi artırdı. Meyiti verdilər, gətirib kənddə dəfn etdik. Rayon prokuroru Bəhruz İbrahimovun yanına getdim. O, kimdən şübhələndiyimi soruşdu. Məndə şübhələndiyim adamların adlarını söylədim. Prokuror söz verdiki, uşağı öldürən mütləq tapılacaq, cinayətdə əli olanlar cəzasız qalmayacaq. Tapşırdıki, ora-bura şikayət etməyək. Məndə inanıb bir müddət gözlədim. Sonra anladımki, prokuror məni aldadıb vaxt qazanırmış. Bu vaxt ərzində isə cinayət işinə xitam verib”.

Lerik Rayon Prokurorluğundan bildirilib ki, ölüm faktı üzrə Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Ekspertiza rəyi alınıb və rəydə 13 yaşlı Cəmil Əliyevin boyun-boğaz nahiyəsindən iplə boğulduğu təsdiqlənib.

Hər gün örüşdə mal-qara otaran kənd sakinləri də dindirilib. Bütün şübhələr araşdırılıb. Ancaq hadisədə qətl izi tapılmayıb. Bu səbəbdən azyaşlının özünü asması ehtima lolunub və martın 27-də cinayət işinə xitam verilib.

Baba X.Əliyev isə razılaşmır. O, azyaşlı nəvəsinin ölümündə çox saylı şübhəli məqamların olduğunu söyləyir: "Əvvəla, 13 yaşlı uşaq özünü niyə öldürməli idi? Hansı dərdi, azarı vardı? Ən başlıcası, bu uşaq özünü asmışdısa, bəs əllərini kim qarşısında çarpaz bağlamışdı? Onuda özü etmişdi? Əli-qolu bağlı uşaq özünü necə asa bilərdi? Bu işə xitam verəndə bir az ağıl işlədib düşünəydilərki, axı uşağın ölüsü əlləri iplə bağlı vəziyyətdə tapılıb”. 

X.Əliyevin sözlərinə görə, prokurorluğun cinayət işinə xitam qərarı onlara gec verildiyinlən qərardan məhkəməyə şikayət hüququda əldən çıxıb: "Bilərəkdən qərarı gec verdilərki, şikayət edə bilməyək. Lakin mənim israrlarımdan sonra məhkəmə şikayətimi qəbul etdi. Lerik Rayon Məhkəməsi şikayətə baxıb prokurorun qərarını qüvvədə saxlasada Apelyasiya Məhkəməsi birinci məhkəmənin qərarını ləğv edib işi ilkin istintaqa qaytardı. Ancaq prokuror ikinci dəfə xitam qərarı çıxardı. Nəvəmin ölümü ilə bağlı işdəki bütün ifadələr bir-birinə ziddir. Prokurorsa bu ziddiyyəti araşdırmağa maraq göstərməyib. Bütün bunları tələb edəndə isə dedi, get, əlindən nə gəlir, elə...”

Məhkəmə Lerik Rayon Prokurorluğunun üç dəfə xitam qərarını ləğv etsə də prokurorluq yenə xitam qərarı çıxarıb.

Hüquqşünas Fuad Hüseynov "Azadlıq”a deyir ki, şikayətçilər Lerik Rayon Prokurorluğunun işdə maraqlı olduğunu düşünürlərsə, məsələnin başqa rayonun prokurorluğunda araşdırılmasını tələb edə bilərlər: "Bundan ötrü baş prokurora müraciət olunmalıdır. Baş prokuror da azyaşlının ölümünün araşdırılmasını başqa rayon prokurorluğuna tapşırmalıdır”.

Baba isə deyir ki, onu rayon prokurorluğunun azyaşlı Cəmilin ölümünü ört-basdır etməsi də üzür. O, nəvəsinin ölümünün əsl səbəblərinin açılmasını, bu işdə günahı olanların cəzalandırılmasını istəyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az