18 oktyabra münasibət dəyişməlidir

18 oktyabra münasibət dəyişməlidir

BU gün Milli Məclisin plenar iclasında çıxış edən Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevin 18 oktyabr “müstəqillik günü” münasibətilə həmkarlarını  təbrik etdi . Millət vəkili adedi ki, asan qazanılmayan bu müstəqillik, bayram kimi qeyd olunsa da hesab edir ki, tutumuna adekvat qeyd olunmur:
“ Bu bayramın keçirilməsinə münasibət dəyişilməlidir. Həm də bu bayramın ərsəyə gəlməsində xüsusi xidmətləri olan istiqlalçı deputatlara münasibət indiki vəziyyətdə qalmamalı, yaxşıya dəyişilməlidir. Cəmi 43 istiqlalçı-siqnator deputatdan 29-u sağdır. Onlardan biri də mənəm. Mənim özümün  də siqnator deputat olmağım bu insanların fəaliyyəti, layiq olduğu yer haqda daha dolğun danışmağıma mane olur. Amma mütləq qeyd etməliyəm ki, bu insanlara münasibət davranışlarına adekvat deyil. İstiqlalçı deputatlar arasında yaşlı və xəstələr, təqaüdünün artırılmasına ehtiyacı olanlar var”. F.Quliyevin sözlərinə görə, bu insanlara imtiyazlar verilməsi, məsələn, avtomobillərin verilməsi, xüsusi təqaüdün ayrılması şox vacib addımlar olardı:
“ Axı onlara münasibət fərdi mahiyyət daşımır. Siqnator deputatlar məhz  burada-bu salonda müstəqillik uğrunda ciddi fədakarlıqlar göstəriblər. Azərbaycan Prezidenti Ramil Səfərov haqda təqdir olunası qərarı qəbul etdikdə, onu əhv etdikdə, bu təkcə Ramil Səfərova münasibət olmadı. Davranış ölkədə vətənpərvərlik hissinin xeyli qalxmasına səbəb oldu. Bu jest o demək idi ki, vətənə sahib çıxana, vətən sahib çıxır. İstiqlalçı deputatlara da sahib çıxmaq o demək olacaq ki, “Müstəqillik” kimi dəyərə sahib çıxanlara millət, vətən, dövlət sahib çıxır. İnaniram ki, Milli Məclis rəhbərliyi, ölkə rəhbərliyi bu istiqamətdə müvafiq addımlar atacaqdır”.
 
“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az