“ABŞ senatorları Ermənistanı qınamaq yerinə Azərbaycan və Türkiyəni tənqid edirlər” - TBMM sədri

“ABŞ senatorları Ermənistanı qınamaq yerinə Azərbaycan və Türkiyəni tənqid edirlər” - TBMM sədri

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli idi.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop 54 amerikalı senatorun Prezident Co Baydenə insan hüquqları məsələsində Türkiyəyə təzyiq etməsinə dair məktubuna münasibət bildirərkən deyib.

"ABŞ da Minsk Qrupunun həmsədrlərindən biridir. ABŞ beynəlxalq hüquqa görə bu problemi həll etmək istəyirdi. Bəs beynəlxalq hüquq nə deyir? BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində təsbit olunub ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Dolayısı ilə beynəlxalq hüquqa görə Minsk Qrupu işğalçını o torpaqlardan çıxartmalı idi. ABŞ-ın da bu çərçivədə Azərbaycanın yanında olduğu qənaətinə gəlirik. Amma bu senatorlar nə deyirlər? Onlar Ermənistanı qınamaq yerinə Azərbaycanı və beynəlxalq hüquqa əsasən ona dəstək verən Türkiyəni tənqid edirlər”, - deyə TBMM sədri vurğulayıb.

M. Şentop qeyd edib ki, bu cür yanaşmalar ABŞ-Türkiyə əlaqələrinə zərər verir.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az