İran Azərbaycanında 1811 tələbənin imzaladığı müraciətdə türk dilində təhsilin yolunun açılması istənilib
Vətəninfo.az xəbər verir ki,İran Azərbaycanı şəhərlərinin universitetlərində təhsil alan 1811 tələbə İran prezidenti Həsən Ruhaniyə müraciət edərək “türkcənin İranda rəsmiləşdirilməsi” və türk dilində təhsilin yolunun açılmasını tələb edib.
Urmiyə, Təbriz, Zəncan, Marağa, Xiyav və Kəleybər şəhərlərinin universitetlərində imzalanan müraciətin mətni və imzaların təsvirini nəşr edən Oyan News veb səhifəsi imzaların toplanmasında əməkdaşlıq edən bəzi tələbələrin təhlükəsizlik qüvvələrinin basqısı ilə üzləşdiyini bildirib.
Həsən Ruhaniyə iki il öncə seçki kampaniyası zamanı Türk Dili Qurumunun təsisinə dair verdiyi sözlərini xatırladan məktubda “türkcənin rəsmiləşdirilməsi”, “məktəblər və universitetlərdə oxudulması”, “Türk Dil Qurumunun bu dilin uzmanları və sevənlərinin yardımı ilə tez zamanda qurulması”, eləcə də mövcud ayrı-seçkilikləri ortadan götürmək üçün konstitusiyanın icra olunmamış maddələrinin həyata keçirilməsi tələb edilir.
Yayılan məlumata istinadən Urmiyə, Sulduz (Nəğədə) və Parsabad şəhərlərinin Payame Noor universitetlərində toplanan imza vərəqələri universitetlərin təhlükəsizlik bölməsi tərəfindən müsadirə olunub.
Oyan News Ərdəbil vilayətinin Muğan bölgəsində prezidentə məktub kampaniyasının əməkdaşı Atabək Sepehrinin təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alındığına dair məlumat aldığını yazıb.

Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE