1945-ci ildən sonra Avropada ən böyük müharibə... - Conson
Ukrayna ətrafında vəziyyətin gərginləşməsi səbəbindən İkinci Dünya müharibəsinin bitməsindən sonra ən böyük müharibə ola bilər.
Miq.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
"Hazırda şahidi olduğumuz bu planın 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola biləcəyindən qorxuram”, - Conson bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynanı işğal etmək planını həyata keçirməyə başladığına dair bəzi işarələr var.
Baş nazir kəşfiyyatın məlumatlarına əsaslanaraq bildirib ki, rus ordusu Kiyevi mühasirəyə almağı planlaşdırır.
Miq.Az