Şənbə günü - iyulun 25-də Azərbaycanda hava yağmursuz olacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qaynar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
O bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə isti təşkil edəcək.
Tibbi
metereoloji proqnoza gəlincə, iyulun 25-dən 27-dək Abşeron
yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas
insanlar üçün əlverişsizdir.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...