Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, bəzi yerlərdə 40, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarındahava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...