Sosial şəbəkələrdə Ağadadaş Ağayevdən nələr yazdılar: “Xəstəxananı meşəmi hesab etdin, odun qırmağamı gəlmişdin...”, “Balta Ağadadaş”...
Xalq artisti Ağadadaş Ağayevin balta ilə MedEra Hospitalın qarşısında törətdiyi insident bir neçə gündür, ölkə gündəmini zəbt edib. Sosial şəbəkələrdə Xalq artistini müdafiə edənlər çox olsa da, qınayanlar da az deyil.
Pravda.az hadisə ilə bağlı sosial şəbəkə fəallarının nələr yazdığını gözdən keçirib.
Hadisəyə satirik baxış sərgiləyənlər də çox olub. Yazılanların bəzilərini anonim təqdim edirik:
"Ağadadaş Baltasar”, "Balta Ağadadaş...”, "Yetənə yetir yetməyənə "balta” atır”, "Videoya arxadan qabağa baxanda adam Ağadadadaşın tərəfində olur. İnsanın o cür döyülməsini, təpiyin altına salınmasını qəbul edə bilmirsən. Ancaq videoya qabaqdan baxanda mühafizəçinin tərəfində olursan. Əlində balta gəlməyindən, o baltanı tolazlamağında bilinir ki, Ağadadaşın beyni, düşüncəsi, təfəkkürü xəstədir. Harınlayıb. Xalq artistidir deyə özünü imtiyaz sahibi hesab edir...”, "Ağadadaş Ağayevin baltalı fotosu ölkə sərhədlərindən kənara çıxdı...”, "Ağadadaş Ağayev Cənnətə düşmək istəmir...”, "Ağadadaş Ağayevin o hərəkəti Azərbaycan qanunlarını heçə saymaqdır. Özü də Xalq artisti! Pis presedentdir və heç cür bəraəti ola bilməz”, "Ağadadaş Ağayevin elədiyi harınlıqdır, qudurğanlıqdır. İstəyir, lap Maykl Cekson səviyyəsində sənətçi olsun, onun əməlinə bəraət qazandırmaq əxlaqsızlıqdır”, "Necə düşünürdünüz? Gərək gözətçi həmin anda gəlib Ağadadaş Ağayevin qarşısında əyilib deyərdi ki, "baltala məni, Ağadadaş?” Yoxsa deməli idi ki, "vur Ağayev, vur?””, "Ağadadaş Ağayev böyük sənətkar deyil. Normal bir toy müğənnisidir. Azərbaycanın musiqi sənətinə də heç bir qatqısı, faydası olmayıb. Ölkəmizi beynəlxalq miqyasda təmsil etməyib, tanıtmayıb. Adam illərdir, toylarda mahnı oxuyub, sərvət sahibi olub. Onun səsi, sənəti ancaq özünə sərvət toplamağa yarayıb. Təbii ki, burada məlum dostluqlarının da payı az deyil”, "Ağadadaş Ağayev, nənəm demiş, başında bir çanaq qan gəzirdi onsuz da... Nalayiq formada videosu da yayılmışdı yaxınlarda”, "Xəstəxananı meşəmi hesab etdin, odun qırmağamı gəlmişdin...”, "Hər adama qismət olmur xalq artisti onu balta ilə vursun. Razıyam, Ağadadaş Ağayev, məni baltala! Röya, maşınla üstümdən keç! Faiq Ağayev, bıçaqla məni! Aygün Kazımova, itin məni dişləsin! Zülfiyyə Xanbabayevanın təyyarəsi başıma düşsün! Aşıq Samirə sazını belimdə qırsın!”