2016-ci il dəhşətli olacaq - QORXUDAN PROQNOZ

2016-ci il dəhşətli olacaq - QORXUDAN PROQNOZ

Yaxın 5 ildə Yerdə temperaturun kəskin artacağı gözlənilir. 
 Bu qənaətə Britaniya mütəxəssisləri apardıqları araşdırmalardan sonra gəlib.
 
"The Guardian”ın yazdığına görə, 2016 -cı il metereoloji müşahidələr dövrünün ən isti ili olacaq. 2017-ci ildə isə rekordun olmayacağı təxmin edilir. Buna səbəb kimi El-Nino prosesinin tərsi oln La-Ninya göstərilir. Bundan sonra temperturun daha da artacağı gözlənilir.
 
Havanın temperaturun artmasına səbəb olan amillərdən ən birincisinin havaya atılan istixana qazlarını həcminin çoxalması göstərilir.
 
Eyni zamanda okeanın temperaturunun artması da faktorlardan biridir. Böyük Britaniyanın Meteorologiya Xidmətinin nümayəndəsi Duq Smit bildirib ki, hazırda sudakı duzluluq və hərarət 2 min metr dərinliyə qədər öyərənilə bilir. Yaxın gələcəkdə bu ölçmə əməliyyatının 5 min metr dərinliyi əhatə edəcəyi güman olunur ki, bu da daha dəqiq proqnozlar verilməsini asanlaşdıracaq.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az