Ramil Usubovdan yeni - Təyinatlar

Ramil Usubovdan yeni - Təyinatlar
Daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az