Milli Məclisin son iclası başladı

Milli Məclisin son iclası başladı

Milli Məclisin sonuncu plenar iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasa spiker Oqtay Əsədov sədrlik edir.

Deputatlar "Tibbi sığorta haqqında”, "İcbari sığortalar haqqında”, "Uşaq hüquqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Diaspor fəaliyyətində xidmətə görə”, "Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında”, "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında”, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və digər qanun layihələrini, o cümlədən Ailə Məcəlləsində, Mülki Prosesual Məcəllədə dəyişiklikləri müzakirəyə çıxaracaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az