İsraildə poliqamçı kult lideri arvadı və qızlarını cinsi zorakılığa məruz qoyduğuna görə 30 illik həbsə məhkum edilib.
Vətəninfo.az xəbər verir ki, İsrail məhkəməsi 64 yaşlı Goel Ratzonu zorlama, nalayiq davranış və yaxınları ilə cinsi əlaqəyə girməkdə ittiham edib.
İsrail mətbuatı Ratzonun 21 "arvadının" və 30-dan çox övladının olduğunu bildirir.
Ratzon ittihamları rədd edərək qadınların onunla könüllü yaşadıqlarını qeyd edib.
Goel Ratzon 2010-cu ildə həbs olunanda onun 21 arvadı olub.
Tel-Əviv məhkəməsində bu işlə bağlı dinləmələr zamanı Ratzonun şəhərdə bir neçə evinin olduğu və həmin evlərdə arvad-uşağının "dəhşətli şəraitdə qaldığı" müəyyən edilib.
İsrail mediasına görə, kommunal yaşayış tərzi olan evlərə gələn qadınlar ailələrilə və dostları ilə əlaqələri kəsməyə məcbur edilirmiş.
Məhkəmədə eləcə də bildirilib ki, Ratzon, ailə üzvləri ona tabe olmayacaqları halda onları cəzalandıracağı ilə hədələyib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib