Zahid Oruc
Bu gün ermənilər məlum Spitak faciəsinin ildönümünü qeyd edir.Azərbaycan siyasi elitası vahid bir dövlətin tərkibində növbəti xoş məram nümayiş etdirərək zəlzələ bölgəsinə hər cür yardım göstərir və ərazi iddiasına qalxmış bir millətin öz torpağında sağlıqla yaşaya bilmədiyini nəzərə çatdırmağa çalışır. Üç mindən artıq soydaşımız dağıntılar altından yüzlərlə insanı xilas edir, həyatlarını təhlükəyə ataraq təxminən 40 faizi dağılmış şəhərin uçqunları ilə mübatizəyə atılırlar.Həkim briqadaları və təcili yardımlar bir sıra hallarda erməni orqanlarından daha operativ fəaliyyət aparırlar.Bunu sənədli arxivlər, Kremlin 25 azərbaycanlıya verdiyi ordenlər və Leninakan rayon partiya komitəsinin birinci katibi Mkrtçyanın fəxri fərmanı da təsdiq edir.
Hətta xilaskarlıq missiyasındakı bir həkimimiz öz övladını ermənilərdən növbə üzrə sonraya saxlayaraq yekunda onun cəsədinə sahib durmalı olub.Bu məzlum fədakarlığın cəzasını təkcə Hippokrat andlısı olan Məmmədov yaşamadı.
Tarix ondan dərs almayanda bir dəfə komediya, sonra faciə janrında təkrarlanır. Dağılan İttifaqın və uçan bir şəhərin divarı altından xilas olanlar sonra müharibədə onun heyfini bizdən aldılar.İlk olaraq elə həmin günlər ora yardıma gedən İl-76 təyyarəmizi vuraraq elə o sayda insanı məhv etdilər.Növbəti illərdə millətimiz zəlzələ “qurbanları”nın Qarabağ cəbhəsində- döyüş meydanlarında minnətdarlıq atəşlərini qəbul etməli oldu.
Üstündən keçən bu illər ərzində bir epizod və iki sual ortada dövr edir:
Dağıntılardan çətinliklə qurtulan bir şəxs televiziyaların gur projektoru altına gətirilərilərək Mixail Qorbaçova təqdim olunur və bu zaman həmin erməni sualı dünyaya nümayiş etdirilir: “Yoldaş Qorbaçov, Qarabağı bizə verəcəksiz”?
Bu dramanın yaratdığı şərait fonunda xaricdən alınan yardımlar və ora axışıb gələn dünya erməniliyi sübut etdi ki, bu zəlzələ SSRİ-nin dağlmasının baş planlarından biri olub. O silahlar haqda indi yetərincə məlumatlar mövcuddur.Lakin bundan sonra hamını bircə məsələ düşündürürdü:Fəlakətə uğramış bir millətin yarasını necə sağaltmaq olar? Qarabağ yeganə məlhəmə çevrildi.
24 ildir ki,o zəlzələnin təkanları davam edir.Onun maqnitudasını ölçən cihaz hələ ki, kəşf olunmayıb.