Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində Xəzər rayon polis idarəsinin 3 əməkdaşı bıçaqlanıb.
Qeyd edək ki, hadisə zamanı polislər 33 yaşlı cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Ramin Eynalovu yaxalamaq istəyirmiş. Amma qəfildən Raminin polislərin üstünə bıçaq çəkməsi vəziyyəti bir qədər çətinləşdirib. 3 polis əməkdaşına bıçaq xəsarəti yetirəndən sonra isə Ramin əlində olan bıçaqla özünə də bir neçə zərbə endirib.
Hadisədən sonra yaralı polislər və cinayəti törədən Ramin Eynalov 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Polislərin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Cinayəti törədən Ramin Eynalovun müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı Xəzər rayon polis idarəsi və prokurorluğunda araşdırma başlanılıb. Qanlı hadisənin təfərrüatları isə istintaqın sonunda bəlli olacaq.
Məlumata görə, Ramin Xaçmaz şəhərində ağır cinayətə imza atdığı üçün axtarışda olub. Bü vaxt ərzində isə, o qohumlarının yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evində yaşayaraq istintaqdaq yayına bilib. Hadisə zamanı Xəzər rayon polis idarəsinin əməkdaşları məhz həmin evdə gizlənən Raminin tutmaq üçün əməliyyat geçirirmiş
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.