5 erməni əsirə niyə 1 Azərbaycan əsgəri?.. - Poqosyan

5 erməni əsirə niyə 1 Azərbaycan əsgəri?.. - Poqosyan

Rəsmi Bakı Ermənistandan hətta hərbi əsirlərlə bağlı güzəştlər qopara bilir.

Miq.Az  Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Tevan Poqosyanın jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Onun sözlərinə görə, son əsir mübadiləsi ona görə baş tutdu ki, Azərbaycan üçün bir Azərbaycan əsgəri ən azı 5 erməni hərbçisinə və ya başqa bir şeyə bərabərdir.

Erməni ekspert Sünik vilayətinin ermənilərin "Nerkin Xndzokersk” adlandırdığı Xinzirək kəndinin bir hissəsinin Azərbaycana keçməsi ilə bağlı xəbərlərə də toxunub.

"Bütün bu faktların bir-birilə əlaqəli olması o qədər vacib deyil. Lakin görünən budur ki, Azərbaycan istənilən halda bir işin əvəzinin ödənilməsini tələb edir. Bütün bunları dayandırmaq üçün biz ya 400-500 azərbaycanlını əsir götürməli, ya da Azərbaycanı güzəştə məcbur edəcək beynəlxalq sanksyaların qəbul olunmasına çalışmalıyıq. Bu gün bizlərə hansı güzəştə getdiyimizi deyən yoxdur”, - deyə Tevan Poqosyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti danışıqlar prosesində cəmiyyətin inamını çoxdan itirib.

"Üstəlik onlar əsirlərlə bağlı məsələdə manipulyasiya edərək bunun zərərli olduğunu söyləyirlər. Əgər manipulyasiya etmək istəyirsənsə, o zaman bu cür informasiyaları hər kəsə yayma”, - deyə T.Poqosyan söyləyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az